VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təstiqini tapmayıb.

Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən mlumata görə, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb.

Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

***11:11***


Bakıda dəhşətli virusdan ölən gənc tələbə qızla bağlı Səhiyyə Nazirliyində araşdırma aparılıb.


Bu barədə Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildirilib ki, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da leptospiroz xəstəliyindən ölümü ilə əlaqədar araşdırma aparılır.

Bundan başqa, 5 nəfərin də həmin virusdan ölməsilə bağlı məsələ araşdırılacaq. Hələlik isə eyni virusdan bir neçə ölüm faktının qeydə alınması ilə bağlı informasiya yoxdur.

Qeyd edək ki, hadisə ilə bağlı ətraflı məlumatı “Bakıda ölümcül virus yayıldı: BDU-ya 600 balla qəbul olan qız öldü - ŞOK HADİSƏ (FOTO)” adlı xəbərdə vermişik.

Ziya SƏCCAD
BAKU.WS