Azərbaycanda iyrənc cinayət - Evə gəlib qayınanasını zorladı

Azərbaycanda iyrənc cinayət - Evə gəlib qayınanasını zorladı
Hadisə 7047
Quba rayonunun kəndlərindən birində zorlama hadisəsi baş verib.BAKU.WS "publika.az"a istinadən xəbər verir ki, bir neçə gün əvvəl rayonun kəndlərindən birində yaşayan 1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir) polisə müraciət edərək kürəkəninin onu zorladığını bildirib.53 yaşlı qadının sözlərinə görə, qızının 34 yaşlı əri Elşad onun yaşadığı evə gəlib və tək olmasından istifadə edərək ona qarşı zor tətbiq edib. Kürəkən qayınanası ilə zorla cinsi əlaqədə olandan sonra uzaqlaşıb.Dərhal aparılan araşdırmalardan sonra fakt təsdiqini tapıb və hadisə ilə bağlı Cinayət Məcəlləsinin zorlama (149-cu) maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs saxlanılıb.Quba rayon Məhkəməsi onun barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçib.Araşdırmalar zamanı o da məlum olub ki, hadisəni törədən 34 yaşlı kişi daha əvvəl də bir neçə dəfə qayınanasını zorlamaq istəyib.Sonuncu dəfə isə o, kənd ərazisində pivə içib və spirtli içkinin verdiyi cəsarətlə, həmçinin qadının evdə tək olmasından istifadə edərək çirkin planını həyata keçirib.Araşdırmalar davam etdirilir.

Son xəbərlər