Türkiyədə yük gəmisi batıb.

BAKU.WS xəbər verir ki, Samsun vilayətindən 180 km aralıda Panama bayrağı altında üzən yük gəmisi batıb.

Batan gəmidə 13 nəfər olub. Onlardan ikisi Rusiya, ikisi Azərbaycan ə qalanları Ukrayna vətəndaşlarıdır.

Əraziyə helikopter cəlb olunub. Batan şəxslərin xilas edilməsinə başlanılıb.

Xilasedicilr 2 nəfərin cəsədi və 4 nəfər sudan çıxarılıb. Axtarışlar davam edir.

BAKU.WS
Ziya SƏCCAD