Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO

Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO
Video
Hadisə 26969

Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqaldan sonra məsələyə münasibət bildirilib.

BAKU.WS xəbər verir ki, Moskvada toplaşan hər iki tərəfin nümayəndələri azərbaycanlılarla çeçenlər arasında heç bir ədavətin olmadığını bəyan ediblər. Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb.“Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Onlar birlikdə işləyirlər, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar. Ola bilər ki, aramızda hansısa anlaşılmazlıq və problem olub. Həmin problemi hansısa kompüter arxasında oturan dələduz götürüb paylaşıb və həmin hadisəni şişirdib. Bununla da, həmin şəxslər təxribat yaratmaq istəyirlər. İstəyirəm bildirib ki, biz dostuq, çeçen və azərbaycanlılar qardaşdırlar. Heç kəs bizim azərbaycanlı qardaşlarımızı təhqir edə bilməz və buna haqları yoxdur. Heç kim də, heç vaxt bu əmələ haqq qazandırmır. Həmçinin həmin insidentdə iştirak edən azərbaycanlılara səslənmək istəyirəm. Hansısa çeçeni videoya çəkib, yaymaq provakasiya yaratmaqdır.Biz hər gün görüşürük, çörək yeyirik. Buna hörmət etməliyik. Arada yaranmış şəxsi münasibətlərə görə azərbaycanlılarla çeçenlər arasında qalmaqal yaratmaq olmaz. Şəxsi problemləri aranızda həll edin. Bütün çeçenlər azərbaycanlıları təhqir edən həmin şəxsi və həmin çeçenin videosunu yayan şəxsi də qınayır”, - deyə həmin şəxs bildirib. Qeyd edək ki, fevralın 14-də Mosvka şəhərində çeçenlərlə azərbaycanlılar arasında kütləvi dava baş verib. Ziya SƏCCADBAKU.WS

Son xəbərlər