Ağcabədi rayonunda ata oğlunu bıçaqlayıb.
BAKU.WS-in məlumatına görə, Ağcabədi şəhəri, Babək küçəsi ev 11-də yaşayan 1958-ci il təvəllüdlü Niyazi Ağayev 1989-cu il təvəllüdlü oğlu Fərhad Ağayevə iki bıçaq zərbəsi vurub.
Qarnından bıçaqlanan Fərhad Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS
Azərbaycanda ata oğlunu qanına qəltan etdi
22
avq
2004
1 591