SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

 

 

İçərisində azərbaycanlıların olduğu Toqo bayrağı altında üzən universal gəmi 6 aydır ki, Şimali Kipr Cumhuriyyəti sahillərində qalıb. 


BAKU.WS-in məlumatına görə, bir özəl şirkətə məxsus gəmidə yola çıxan 12 azərbaycanlı heyət üzvü gəmi xarab olunca suların ortasında qalıb. Gəminin aid olduğu şirkət gəmini təmir etmək üçün vəsaitin olmadığını əsas gətirərək 12 nəfərlik heyəti taleyin ümidinə sularda buraxıb. 5 aydır Gazimağusa limanı yaxınlığında dayanan gəminin kapitanı və heyət üzvləri isə artıq hazırkı vəziyyətə üsyan edir. Onlar xeyirxah insanların gəmiyə yemək və su gətirdiyini, ancaq maaşlarını alaraq buradan vətənə dönmək istədiklərini deyiblər. 


Gəminin kapitanı Rəcəb Kazımov mart ayında gəmidə çalışmaq üçün ona dəvət gəldiyini və bu təklifi qəbul etdiyini deyib: "İndi 12 nəfərlik heyətdən cəmi 4 heyət üzvü qalıb. Xəstələnən dostlarımızı həkimə aparmaq üçün pulumuz yoxdur. Gəminin sahibi olduğu şirkət rəhbərliyinə vəziyyət barədə məlumat vermişik. Gəmi bir dəfə təmir olundu, ancaq yenə xarab oldu. Burada çıxılmaz vəziyyətdə qalmışıq”. 


Məsələni diqqətdə saxzlayırıq. 


Azad Əliyev

BAKU.WS