SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bakının Nəsimi rayonunda akademik Həsən Əliyevin küçəsində iki embrion tapılıb. 
 
BAKU.WS-in 1news.az-a istinadla verdiyi məlumata görə, embrionlar zibil qabının yanında aşkar edilib. Bu embrionların uzunluqla 10 — 15 santimetrdir və hər ikisinin ölçüsü hamiləliyin 3-cü ayına uyğundur.
 
Mənbənin verdiyi məlumata görə, embrionlar ehtimal ki, yaxındakı tibb məntəqələrindən və ya doğum evlərindən birinin tibb personalı tərəfindən zibil qabına atılıb. 
 
Nəsimi rayon Polisin İdarəsindən bildirilib ki, embrionların aşkar edilməsi haqqında məlumatlı deyillər. Polis faktla bağlı araşdırma aparılacağını bildirib. 

BAKU.WS