Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
BAKU.WS xəbər verir ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.
Oxşar xəbərlər
İlin əvvəlindən 63 orqan köçürülüb - 10-u meyitdən GÖTÜRÜLÜB
Azərbaycanda 2025-ci ilin ilk 4 ayı ümumilikdə 63 orqan köçürülüb. BAKU.WS xəbər verir ki, Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan donorluğu...
