Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza - FOTO

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 36-cı km-də yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi «45 BL 581» dövlət nömrə nişanlı VAZ-21043 markalı minik maşını naməlum səbəbdən idarəetmənin itirilməsi nəticəsində kənarları dəmir-beton maneələrlə bağlanmış yol ayrıcına daxil olub.
Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ziyan dəyib.
Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb.
Qalereya
Oxşar xəbərlər
Qobustanda zəncirvari qəza, xəsarət alan var
Qobustanda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib."Qafqazinfo" xəbər verir ki, zəncirvari yol qəzası Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayo...
