Azərbaycanda daha bir "Kamaz" qəza etdi: bu dəfə avtobus dayanacağına çırpıldı (FOTO)

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in məlumatına görə, Lerik rayon sakini 1983-cü il təvəllüdlü Zahid Dövlətovun idarə etdiyi "Kamaz" markalı yük maşını idarə edilmənin itirilməsi nəticəsində yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağıldığından istifadəyə yararsız hala düşüb.
Dayanacaqda qəza baş verən vaxtı heç kimin olmaması faciənin qarşısını alıb.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
BAKU.WS


Oxşar xəbərlər
Polis qəza törətdi - Ölən var
Göyçay rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə saat 20:46 radələrində, B...
