SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.

BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi küləkli hava ilə əlaqədar sürücü və sərnişinlərə müraciət edib.
BNA-dan BAKU.WS-ə verilən xəbərə görə, müraciətdə bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir:

“Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Daha ətraflı “Küləklə bağlı sürücülərə XƏBƏRDARLIQ” xəbərdən tanış ola bilərsiz.

Bu gün yerli xəbər saytlarının birində qarşıma belə bir xəbər çıxdı: "Dekabrın 1-dən etibarən Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun “Koroğlu” stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq."

Daha ətraflı məlumat bu linkdə - “BNA cəriməni avtomatik rejimdə kamera ilə qeydə ala bilərmi?

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.

Daha ətraflı məlumat bu linkdə - "İki vəzifəli şəxs işdən çıxarıldı - SƏRƏNCAM"

Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.

Daha ətraflı məlumat bu linkdə - "Milli Məclisin buraxılması qəbul edildi"

Azərbaycan ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

Daha ətraflı məlumat bu linkdə - "SOCAR dənizdən 420 işçisini təxliyə edib"

Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kollektivə təqdim olunub.

Daha ətraflı məlumat bu linkdə - "Azərbaycanın yeni Ombudsmanı kollektivə təqdim olunub"

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinə yeni müdir təyin edib.

BAKU.WS xəbər verir ki, sərəncamla Gündüz Hacı oğlu Kərimov bu vəzifəyə təyin edilib.

Daha ətraflı məlumat bu linkdə - "Prezident Administrasiyasına yeni təyinat oldu - SƏRƏNCAM"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev deyib:

- Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır.

Daha ətraflı məlumat bu linkdə - "Prezident İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib"

BAKU.WS