SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.

Beləliklə, "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib.

Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.

BAKU.WS