Milli Məclisin buraxılması qəbul edildi
Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.
Layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.
Beləliklə, "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib.
Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.
Oxşar xəbərlər
Milli Məclisin buraxılması məsələsi ilə bağlı komissiya yaradılıb
Milli Məclisdə (MM) hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciətlə b...