SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada 46 yaşlı Azərbaycan vətəndaşı heroini "Toyota Land Cruiser” markalı cipə dəyişmək istəyərkən yaxalanıb.

BAKU.WS-in məlumatına görə, hadisə Amur vilayətində qeydə alınıb. 1 milyon rubl (20 min AZN) dəyərində narkotik maddəni azərbaycanlı xəbəri olmadan polisə satıb. Əməliyyat həyata keçirən Rayçixinsk rayonu üzrə narkotik polisi cinayətkarı iş başında yaxalayıb. 

Saxlanılan azərbaycanlının gödəkcəsinin cibindən 240 qram narkotik maddə aşkarlanıb. O, məhz bu bağlamanı maşının müqabilində "ilkin ödəniş" kimi vermək niyyətində olub. Sənədləşmə işlərindən sonra ikinci partiya təhvil verilməli idi. Qalan heroini o, evində saxlayıb. Polis azərbaycanlının evində 110 qram heroini tapıb. 

Əməliyyat məlumatına görə, kişi bu narkotik maddəni Azərbaycandan gətirib. Qara bazarda ələ keçirilən narkotikin qiyməti 3 milyon rubl (60 min AZN) civarında qiymətləndirilir.

Saxlanılan şəxs barəsində cinayət işi qaldırılıb. Heroini cipə dəyişmək istəyən azərbaycanlını 20 ilədək həbs gözləyir.
 
BAKU.WS