Bakıda maşın ustası oğurladığı avtomobillə qəza törədib

06
noy
2019
13:30
Bakıda usta maşını oğurlayıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə edilərkən işıq dirəyinə vurulub.Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda əcnəbi vətəndaş avtomobil qaçırıb
Bakıda əcnəbi vətəndaş avtomobil qaçırıb.Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Belə ki, Binəqədi Rayon Polis İ...