VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor, teleaparıcı Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova kimi özünü təqdim edən şəxs Azərbaycanın Milli Qəhrəmanını təhqir edib.

BAKU.WS
"olke.az"a istinadən xəbər verir ki, S.Şabanovanın adından istifadə edən şəxs Mübariz İbrahimovun "kişi olmadığını, ermənilərin ona əxlaqsız şeylər etdiyini" deyib.

"Mübariz kişi deyil, bu qədər. O narkomanın biri olub",-deyə yazıb.

O, daha da irəli gedərək Azərbaycan kişilərini də təhqir edib: "Mənim ərimdən başqa kişi yoxdur".

Qalmaqallı olayla bağlı "oxu.az"-ın əməkdaşı aparıcı Azər Axşamla əlaqə saxlayıb.  

O isə həmin profildən yazılan mesajların xanımı Səbinə Şabanovaya aid olmadığını bildirib:  

“Birmənalı şəkildə, sizin sayt vasitəsilə hamıya çatdırmaq istəyirəm ki, bu profilin sahibi mənim həyat yoldaşım deyil. Xanımımın şəkilləri altında hansısa şərəfsiz və mənsəbi bəlli olmayan bir şəxsiyyətsiz bu cür əməllər edir. Düşünün, bir Azərbaycan anası vətən uğrunda həlak olan, Milli qəhrəman haqda bu cür çirkin sözlər yazar?  

Bu, iftiradır və bizə qarşı yönəlmiş cinayətdir. Kimsə bizim ailəmizi el içində rüsvay edib, gözdən salmaq istəyir. Bunları mənim və ailəmizim düşməni edə bilər. İnanın düşdüyümüz bu situasiya bizi çox üzür. Bilmirəm, çarəni haradan tapaq?  

A.Axşam redaksiyamızın əməkdaşı ilə söhbətində başına gələn bu hadisənin ilk olmadığını bildirərək, hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizəsi yazdığını bildirib: 

“Bundan əvvəl də eyni hadisə ilə üzləşmişik. 83 yaşlı anamın adına yalandan səhifə açmışdılar. Anamın adından ekstrasens Bayram Nurlunu, müğənni Nadir Qafarzadəni söyüb, təhqir etmişdilər. Düşünün, mənim anamın 83 yaşı var. O qadın, o yaşda sosial şəbəkənin nə olduğunu belə bilmir, o ki qaldı ondan istifadə etsin. Heç bir məntiqə sığmır. Bununla bağlı hüquq mühafizə orqanlarına yazılı şəkildə müraciət etdim. Lakin təəsüflər olsun ki, məslə öz həllini tapmadı. İndi hamı bir profil açıb məşhur bir insanı söyüb, onu biabr edir. İnternetdə bu cür şərəfsiz insanların sayı əfsuslar olsun ki, kifayət qədər çoxdur. Onlarla mübarizə aparmaq isə qeyri mümkündür”.  



BAKU.WS