Azərbaycanlı aparıcı-prodüser Sayqa Cahid qəzaya düşüb.

BAKU.WS 
xəbər verir ki, S.Cahidin səhhətində ciddi problem yoxdur. Qəza zamanı avtomobilə ziyan dəyib.aparıcı qəza zamanı yüngül xəsarət alıb.

S.Cahid ARB TV-nin “Üçəlli” proqramının canlı efirində prodüserlə telefon bağlantısı yaradılıb. Telefon bağlatısı zamanı S. Cahid hadisə haqqında özü məlumat verib:

"Mənə göz dəydi. Yaxşı ki, Həsrət mənə efir zamanı üzərlik yandırdı. Şükür ki, avtomobilin hava yastıqları açıldı və sadəcə əzildim. Yaxşı qurtardım. O maşının içindən sağ çıxmağım özümə də müəammalıdır. Allah heç kimə o şoku yaşatmasın".

Telefon bağlatısı zamanı efirə qonaq olan aktrisa Oksana Rəsulova və müğənni Niyam Salami də Sayqa Cahidə keçmiş olsun diləklərini çatdırıb. Söhbət əsnasında Niyam Salami də ötən gün qəza keçirdiyini deyib.

Qeyd edək ki, Sayqa Cahid ARB TV-də aparıcılıq edir.
BAKU.WS


VİDEO