SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafa rayonunda ağlr yol qəzası qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, rayonun Dağ Kəsəmən kəndində baş verən hadisədə bir nəfər ölüb.

Belə ki, "Niva" markalı avtomobillə "Mercedes" markalı minik maşının toqquşması nəticəsində "Niva"markalı avtomobilin sürücü 1989-cu il təvəllüdlü Elvin Rasim oğlu Heydərov hadisə yerində keçinib. Qəzada xəsarət alan digər şəxslərin kimliyi isə dəqiqləşdirilir.

Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA