Ağstafada yol qəzası - Ölən və yaralanan var - FOTO

Ağstafada yol qəzası - Ölən və yaralanan var - FOTO
Foto
Hadisə 717
Ağstafa rayonunda yol qəzası baş verib.BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə Yuxarı Göycəli kənd ərazisində qeydə alınıb.Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Qazax rayon İkinci Şıxlı kənd sakini, 1991-ci il təvəllüdlü İsmət Mahmud oğlu Hacıyev ölüb.Onun həmyerliləri - 1991-ci il təvəllüdlü Nicad Rafiq oğlu Şamxalov və 1994-cü il təvəllüdlü Fuad Elman oğlu Məmmədov isə müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Son xəbərlər