Bakıda üç uşaq anasının öldüyü qəzanın VİDEOSU

22
avq
2019
11:51
Bakının mərkəzində - Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, Muzey Mərkəzi binasının arxasında yol-nəqliyyat hadisəsi baş vermişdi.BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, “Hyundai Tucson” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın ağaca çırpılıb. 40 yaşlı Könül Abbaslı hadisə yerində ölüb.Avtomobilin sükanı arxasında K.Abbaslının dayısının həyat yoldaşı olub. Maşında cəmi dörd nəfər olub. Üç nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.Qeyd edək ki, ölən qadın üç uşaq anasıdır.
Oxşar xəbərlər
Bakıda iki maşın toqquşdu, "Infiniti" çuxura düşdü - xəsarət alan var - VİDEO
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsi ilə hərəkət...
