Bakıda qadın sürücü “qırmızıda” keçdi və qəza törətdi – VİDEO
10
iyl
2019
08:45
Bakının Nəsimi rayonunda iki minik maşını toqquşub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti və A.Bakıxanov küçəsinin kəsişməsində baş verib.Zamanov Naib Niyazəli oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Azadlıq prospektində işıqforun yaşıl işığından keçərək hərəkətdə olarkən A.Bakıxanov küçəsi ilə qırmızı işıqda hərəkətinə davam edən və sürücü İradə Cəfərovanın sükanı arxasında olduğu "Kia" markalı minik avtomobili ilə toqquşub.Nəticədə "Kia"da olan orta yaşlı qadın sərnişin xəsarət alıb.İlkin məlumata görə, hadisə "Kia" markalı avtomobilin yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qırmızı işıqda keçən avtomobil qəzaya səbəb olub - VİDEO
Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəza törədib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.Rizvan Səfərov idarə...