94 yaşlı kişi diri-diri yandı - Azərbaycanda FACİƏ - VİDEO

09
avq
2019
13:30
Masallıda yaşayış evi yanıb. BAKU.WS APA TV-yə istinadla xəbər verir ki, bədbəxt hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. Hadisə yerinə FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub.Yanğın kəşfiyyatı zamanı oradan ev sahibi Xeyrulla Babayevin yanmış meyiti aşkarlanıb. Mərhumun oğlunun dediklərinə görə, atası 65 ilə yaxın müəllim işləyib və həyat yoldaşının vəfatından sonra evdə tək yaşayırmış.1925-ci il təvəllüdlü Xeyrulla Babayev mətbəx otağında qaz sobasını yandırıb və ev alışmağa başlayıb. Yanğın şiddətləndiyi vaxt o, evdə köməksiz vəziyyətdə qalıb:“Gəldim gördüm ev kül olub. Özü də içəridə kül olub. Yanğın qazdan olub. 94 yaşı vardı, tək yaşamaq istəyirdi”. 9 övlad atası olan Xeyrulla Babayevin meyiti daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı filialına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda yaşayış binasında güclü yanğın – 70 yaşlı qadın diri-diri yandı
Bakının Nizami rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bil...
