Bakıda FACİƏ - qadın diri-diri yanıb öldü

18
mar
2019
10:59
Bakıda baş verən yanğın nəticəsində 62 yaşlı qadın yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda DƏHŞƏTLİ YANĞIN – 2 nəfər diri-diri yandı
Bakıda binada yanğın olub.Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-əverilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci...
