Salyanda evdə 71 yaşlı qadının yanmış meyiti aşkarlandı
24
yan
2018
17:04
Salyanda yanğında 71 yaşlı qadın ölüb.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Xocalı kəndində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.Yanğının kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü İsmayılova Ceyran Nəzər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda yanğın: 1 yaşı olan uşaq yanaraq öldü
Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 kv.m olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 kv.m olan...