Bakıda ailə DRAMI: Keçmiş xanımını avtomobillə vurdu, sonra bıçaqladı
 
                            
                            
                                07
                                avq
                            
                                2019
                                09:23
                            
                            
                        Bakıda kişi əvvəlcə keçmiş həyat yoldaşını avtomobillə vurub, daha sonra onu və anasını bıçaqlayıb.BAKU.WS xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib.Verilən məlumata görə, Bakıxanov qəsəbəsində 1977-ci il təvəllüdlü Fədai Atakişiyev idarə etdiyi "Opel" markalı avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişiyevanı vurub. F.Atakişiyev avtomobilindən düşərək əvvəlcə R.Atakişiyevanı bıçaqlayıb.Daha sonra onun anası Narın Ağayevaya da bıçaqla xəsarət yetirib.Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. F.Atakişiyev saxlanılıb.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Kişi keçmiş arvadının evinə girib 4 nəfəri bıçaqladı –Bakıda dəhşətli cinayət
Bakıda kişi keçmis arvadını və yaxınlarını bıçaqlayıb.Bu barədə Daxili İşlər Nazirlyiinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, qanlı...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    