SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Odlar Yurdu Universitetindən içində külli miqdarda pul olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyindın BAKU.WS-ə verilən məlumata görə, yanvarın 9-da Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlanıb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub.

Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyevdir.

Ziya Babayev

BAKU.WS