Goranboy rayonunda tanışlar arasında yaşanan insident qanla bitib.

BAKU.WS-in bölgə muuxbirinin verdiyi məlumata görə, rayon sakini 1962-ci il təvəllüdlü Nağı Məmmədov tanışı ilə mübahisə edib. Nəticədə sonuncu N.Məmmədovun başına ağac parçası ilə bir neçə dəfə zərbə endirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib və travmatalogiya şöbəsinə yerləşdirilib. Hazırda faktla bağlı Goranboy rayonunda araşdırmalara başlanılıb, hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri aparılır.

BAKU.WS