Şəmkirdə bıçaqlanan iki qardaşdan biri öldü

Şəmkirdə bıçaqlanan iki qardaşdan biri öldü
Hadisə 1259
Şəmkir rayonunda bıçaqlanan iki qardaşdan biri ölüb.BAKU.WS "Report"a istinadən bildirir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.Belə ki, 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.Əsədoğlu hadisə yerindən qaçıb.Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.BAKU.WS

Oxşar xəbərlər

Masallıda ailə faciəsi: üç nəfər göldə boğuldu

Masallıda ailə faciəsi: üç nəfər göldə boğuldu

Masallı rayonunda üç nəfər göldə boğularaq ölüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.Onlar 1981-ci il t...

961 Hadisə 21:54 10 iyul 2018

Son xəbərlər