Masallıda ailə faciəsi: üç nəfər göldə boğuldu
10
iyl
2018
21:54
Masallı rayonunda üç nəfər göldə boğularaq ölüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.Onlar 1981-ci il təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmkir oğlu Zamanovdur. Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Şəmkirdə 18 yaşlı oğlan suda boğulub
Şəmkirdə 18 yaşlı oğlan suda boğulub.APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.Kənd sakini, 2000-ci i...