VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, rayonun Qazqurdalı kənd sakini, 1948-ci il təvəllüdlü Surxay Qəşəm oğlu Mirzəyev qarın boşluğunda yaranan küt ağrı səbəbindən Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib və dərhal əməliyyata alınıb. Lakin 71 yaşlı kişi əməliyyat olunduqdan bir saat sonra dünyasını dəyişib. 

Yaxınları onun ölümünə səbəb olaraq həkim səhlənkarlığını göstərirlər.

S.Mirzəyevin meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS