"Euronews": "Formula-1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub

Euronews: Formula-1 Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Digər 9

"Formula-1" üzrə Azərbaycanda keçirilən 10-cu Qran-pri Bakıya minlərlə xarici qonaq cəlb edib, yarışların turizm, xidmət sektoru, məşğulluq və yerli iqtisadiyyata təsirinin artdığını göstərib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Euronews"un Azərbaycan paytaxtında keçirilən yubiley yarışı ilə bağlı hazırladığı reportajda bildirilib.

"Yarış həftəsonu xarici qonaqları cəlb edərək, mehmanxana biznesi, pərakəndə ticarət və digər xidmət sahələrində fəallığın artmasına səbəb olmaqla, Bakının turizm təqviminin əsas hadisələrindən birinə çevrilib. 10-cu Azərbaycan Qran-prisi həmçinin müasir şəhər trası ilə tarixi İçərişəhər arasındakı kontrastı diqqəttlərə çatdırıb", - telekanal qeyd edib.

Reportajın müəllifləri xatırladıblar ki, tədbirin dörd günü ərzində 92 mindən çox ziyarət qeydə alınıb, o cümlədən yarışı tribunalardan canlı izləyən 17 mindən çox xarici azarkeş olub.

Həmçinin qeyd olunub ki, 120-dən çox ölkədən olan tamaşaçılar Qran-priyə biletlər əldə ediblər, yarışın təşkilinə isə minlərlə əməkdaş, könüllü və marşal cəlb olunub, bu da tədbirin ümumi iqtisadi, turizm effektini gücləndirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər