Ağsu aşırımında qəza – yaralılar var

05
iyl
2019
13:30
Ağsuda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb.Qəribov Kamran Zahid oğlunun idarə etdiyi avtomobilin qarşısına qoyunlar çıxıb və maşın idarəetməni itirərək yol kənarındakı daşlara çırpılıb.Qəza nəticəsində sürücü və sərnişinləri - Quliyev Fəqan Əfsər oğlu, Cəlilov Dilqəm Günəş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Fəqan Quliyevin gözünə şüşə parçası girib, onun vəziyyəti ağır olduğu üçün Bakıya aparılıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Mercedes" elektrik dirəyinə çırpılıb: yaralılar var
Masallı-Yardımlı yolunda qəza : 4 nəfər yaralı var. BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, qəza Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib. Rayonun D...
