Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.
BAKU.WS AZƏRTAC-a istinadən səfirlik binasına yaxın ərazilərdə baş verən dağıntıların fotolarını təqdim edir.
Qalereya
Zərbələrin əsas hədəfi "Lukyanovka" metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb.
Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...