Bakıda hazırda müşahidə edilən güclü külək fəsadlara səbəb olub. 

BAKU.WS xəbər verir ki, 8-ci mikrorayonda, Azadlıq prospekti 165 ünvanında KIA Optima markalı maşının üzərinə ağac aşıb.

Hadisə nəticəsində avtomobilin arxa hissəsi əzilib. Daha bir analoji hadisə Süleyman Rəhimov küçəsində qeydə alınıb. 

Güclü küləyin təsiri ilə ağac aşıb. Hadisə səhərin erkən saatlarında baş verdiyi üçün xəsarət alan olmayıb. 

Qeyd edək ki, Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. 

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, 30 iyun saat 01:00-a olan məlumatına görə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. 

Düşən yağışın miqdarı Daşkəsəndə 16 mm, Şəmkirdə 10 mm, Gədəbəydə 6 mm, Tovuzda 5 mm, Quba, Zaqatala, Göygöldə 4 mm, Gəncədə, Şəkidə 3 mm, Kişçayda, Balakəndə 2 mm, Naxçıvan, Şahbuz, Naftalan, Ağdam, Ağstafa, Bərdə, Xınalıq və Şahdağda 0,4-1mm təşkil edir.

Şahin
BAKU.WS
VİDEO