Sumqayıtda ağac məktəbli qızın başına aşıb

Sumqayıtda ağac məktəbli qızın başına aşıb
Hadisə 1101
Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Kottec adlanan yaşayış massivində qeydə alınıb.Belə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.BAKU.WS

Son xəbərlər