SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Şamaxı rayonunda güclü yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Çöl Göylər kəndi yaxınlığında yerləşən, həmin kənd sakinlərinə məxsus 200 ha ərazidə baş verib.

Yanğın nəticəsində 150 ailəyə məxsus 60 hektar biçilməmiş, 100 hektar biçilmiş taxıl sahələri və 40 hektar örüş-otlaq sahəsi yanıb.

Səhər saatlarında yanğın tamamilə söndürülüb. Hadisə nəticəsində xəsarət alan şəxs olmayıb.

Baş vermiş yanğın hadisəsinin yaranma səbəbi və dəymiş ziyanın müəyyən edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları və rayon icra hakimiyyəti tərəfindən araşdırmalar aparılır.

Ziya SƏCCAD
BAKU.WS