Dəhşətli yanğın 150 ailəni pərişan etdi

Dəhşətli yanğın 150 ailəni pərişan etdi
Hadisə 786
Ötən gecə Şamaxı rayonunda güclü yanğın baş verib.BAKU.WS xəbər verir ki, hadisə Çöl Göylər kəndi yaxınlığında yerləşən, həmin kənd sakinlərinə məxsus 200 ha ərazidə baş verib.Yanğın nəticəsində 150 ailəyə məxsus 60 hektar biçilməmiş, 100 hektar biçilmiş taxıl sahələri və 40 hektar örüş-otlaq sahəsi yanıb.Səhər saatlarında yanğın tamamilə söndürülüb. Hadisə nəticəsində xəsarət alan şəxs olmayıb.Baş vermiş yanğın hadisəsinin yaranma səbəbi və dəymiş ziyanın müəyyən edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları və rayon icra hakimiyyəti tərəfindən araşdırmalar aparılır.Ziya SƏCCAD

Oxşar xəbərlər

Bakıda hündürmərtəbəli binada yanğın

Bakıda hündürmərtəbəli binada yanğın

Bakıda yaşayış binasında yanğın olub.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.Be...

2651 Hadisə 08:53 01 mart 2019

Son xəbərlər