Əkin sahələrini yandıran daha 4 nəfər saxlanıldı
11
avq
2018
17:52
Avqustun 10-da Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini Qubad Həsənalıyev özünə məxsus 1 hektar biçilmiş taxıl sahəsini yandırıb və alov həmkəndlisi Əli Bədəlova məxsus 0,25 hektar sahəyə keçib.DİN-dən BAKU.WS-ə verilən xəbərə görə, həmin gün rayonun Yuxarı Aran kənd sakini Sahil Əzizov həmkəndlisi Gündüz Qarayevə məxsus biçilmiş taxıl sahəsində mal-qara otararkən siqaret kötüyünü söndürmədən yerə atdığı üçün 1 hektar ərazidə küləş yanıb. Yanğınların qarşısı alınıb, xəsarət alan olmayıb.Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Q.Həsənalıyev və S.Əzizov saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə protokollar tərtib edilib.Oğuz rayonunda da biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb. Belə ki, avqustun 9-da Xaçmaz kəndi ərazisində kənd bələdiyyəsinə məxsus 25 hektar biçilmiş taxıl sahəsində küləşi yandırmış sakinlər Sərvan Abdulrəhmanov və İlham Cəlilov İXM-nin 244-1-ci maddəsinə (əkin yerinin yandırılması) əsasən məsuliyyətə cəlb edilərək hər biri 400 manat məbləğində cərimə edilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yanğınlar törədən 15 nəfər HƏBS EDİLDİ - VİDEO
Şəkidə taxıl sahəsini yandıran traktorçu saxlanılıb. O, sahəni rahat əkmək üçün bu addımı atdığını bildirib. Ümumilikdə isə son günlər biçilmiş taxıl sahələrini...