64 yaşlı pensiyaçı polisi ürəyindən bıçaqladı (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada dəhşətli bıçaqlanma hadisəsi kameraya düşüb.
BAKU.WS-in məlumatına görə, dövlət yol polisinin xidməti maşınındakı videoreqistratora düşən hadisə görənləri heyrətə gətirib.
Videodan göründüyü kimi yaşlı kişi polisin sinəsinə bıçaqla zərbə endirib. Hadisənin 17 avqust gecəsi baş verdiyi bildirilir. 64 yaşlı pensiyaçı protokolun tərtib edilməsi zamanı avtomobildə sakitcə oturur. Polisin təklifindən sonra o, birdən bıçağı götürür və polisin sinəsinə sancır.
İnanılmaz olsa da polis sağ qalıb və hətta iş yoldaşını yardıma çağıra bilib.
Qeyd edək ki, döş qəfəsindən yaralanan polis xəstəxanaya yerləşdirilib. Onu təcili əməliyyat ediblər. Həkimlərin sözlərinə görə, bıçaq ürəyin yanında keçib.
Hadisəni törədən pensiyaçı saxlanılıb, ona qarşı cinayət işi qaldırılıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kişi bir salama görə qohumunu bıçaqladı (VİDEO)
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Xırdalan şəhəri, 27-ci məhəllədə qeydə alınıb. ANS TV-nin məlumatına görə, Kəlbəcər rayon sakini 45 ya...