VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda orta yaşlarında olan azərbaycanlı ər-arvad qətlə yetirilib.

BAKU.WS
  report-a istinadən xəbər verir ki, həmin şəxslər rayonun Aşağı Kəpənəkçi kənd sakinləri İskəndər Musayev və Şəfiqə Musayevadır.

hər iki şəxs küt alətlə xüsusi amansızlıqla öldürülüb. Ər-arvadın sifət nahiyələri tanınmaz hala salınıb.

Gürcüstanın Daxili İşlər Nazirliyində xüsusi amansızlıqla qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. Cinayəti törədən şəxs və ya şəxsləri 16 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası gözləyir. 

Azərbaycanlı ər-arvadın Qardabanidə kiçik biznesinin olduğu bildirilir. Onların oğlu Rusiyada yaşayır.

Qətli törədən şəxs, yaxud şəxslər evdən heç nə oğurlamayıblar. Qohumları iddia edirlər ki, qətlə səbəb intiqam olub, belə ki, evin divarında “Tez gəl, səninlə hesablaşaq!” sözləri yazılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. 
BAKU.WS