VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şri-Lankada kilsədə terror törədən şəxsin görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, həmin terrorçunun videosu sosial şəbəkələrdə yayılıb.

Videodan da göründüyü kimi qara saçlı və kürəyində çanta olan kişi küçədə kimləsə görüşür və sonra kilsəyə doğru iri addımlarla hərəkət edir. Onun kilsəyə girdiyi anlar da əks olunub.

Qeyd edək ki, aprelin 21-də Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı partlayışlar törədilib. Terror aktı zamanı 310 nəfər ölüb. Terrorun törədilməsində məsuliyyəti İŞİD-in bir qolu olan “Camaat Tauhid al-Vatania”terror təşkilatı öz üzərinə götürüb.

Ziya SƏCCAD

BAKU.WS
VİDEO