Pasxa bayramında qətliam törədən terrorçunun görüntüləri yayıldı – VİDEO

23
apr
2019
14:04
Şri-Lankada kilsədə terror törədən şəxsin görüntüləri yayılıb.BAKU.WS xəbər verir ki, həmin terrorçunun videosu sosial şəbəkələrdə yayılıb.Videodan da göründüyü kimi qara saçlı və kürəyində çanta olan kişi küçədə kimləsə görüşür və sonra kilsəyə doğru iri addımlarla hərəkət edir. Onun kilsəyə girdiyi anlar da əks olunub.Qeyd edək ki, aprelin 21-də Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı partlayışlar törədilib. Terror aktı zamanı 310 nəfər ölüb. Terrorun törədilməsində məsuliyyəti İŞİD-in bir qolu olan “Camaat Tauhid al-Vatania”terror təşkilatı öz üzərinə götürüb.Ziya SƏCCAD
Oxşar xəbərlər
Pasxa bayramında qətliam: 185 ölü, yüzlərlə yaralı var (YENİLƏNİB) - VİDEO
Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 185 nəfərə çatıb."Report" xəbər verir ki, bu barədə yerli "News First" xəbər xi...
