İranda matəm elan olundu - FOTO
24
sen
2018
09:31
İranın Əhvaz şəhərində hərbi paraddakı terror aktından sonra bazar ertəsi, sentyabrın 24-ü milli matəm günü elan edilib.BAKU.WS xəbər verir ki, bu barədə İran prezidentinin rəsmi saytında məlumat verilib.Ölkə hökuməti bütün ölənlərin və yaralıların ailələrinə başsağlığı verib.Qeyd edilir ki, terror aktı nəticəsində ölənlər sentyabrın 24-də torpağa tapşırılacaq.İran hökuməti terror aktı zamanı ölənlərin ailələrinə başsağlığı verib və xəsarət alanların şəfa diləyib.Ruhani terror aktının törədilməsində ABŞ-ı günahlandırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli İranda hərbi paradda baş verən terror aktı ilə bağlı ittihamlarını rədd edib. Qeyd edək ki, İranın Əhvaz şəhərində hərbi paradda baş verən terror aktı zamanı 29 nəfər ölüb, 60 nəfər isə yaralanıb. İran Prezidenti Həsən Ruhani isə bundan əvvəl ABŞ-ın dəstəklədiyi Körfəz ölkələrinin Əhvazdakı hücuma görə məsuliyyəti üzərinə götürən Əhvaz Ərəb Demokratik Hərəkatına maliyyə və hərbi yardımlar göstərdiyini bildirib.Bundan əlavə, rəsmi Tehran qonşu dövlətləri terror aktında əli olan qruplaşmalara qarşı ciddi tədbirlər görməyə çağırıb.BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.Məktubda deyilir:"Hörmətli cənab Prezident,Ö...