Şəkidə yaşayış binasında yanğın baş verib.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, yanğın Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.

Yanğın nəticəsində mənzilin yanar konsturksiyaları və ev əşyaları qismən yanıb. Yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb.

Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

BAKU.WS