VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Türkiyənin Çanaqqala şəhərində baş verən dəhşətli qəzada ölənlər arasında azərbaycanlı hamilə qadın da olub.

BAKU.WS
-in məlumatına görə, Türkiyədə miqrantları daşıyan avtobul qəzaya uğrayıb. Nəticədə avtobusda olan sərnişinlərdən 30 nəfəri ağır yaralanıb, 4 nəfər isə yerindəcə ölüb.

Ölənlər arasında Azərbaycandan gələn və Türkiyə vətəndaşı ilə evlənən 30 yaşlı Sevil Çakır da olub. O, 10 ay bundan əvvəl Türkiyə vətəndaşı 38 yaşlı Ramazan Çakırla evlənib.

 

Onun 2 aylıq hamilə olduğu bildirilib. Qəza zamanı qadının qaynı 45 yaşlı Mehmet Çakır da ölüb. Qadının əri Ramazan Çakır isə ağır yaralanıb. Qəza zamanı Suriyalı iki qadın da dünyasını dəyişib.

Ziya Babayev
BAKU.WS