VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəzaya düşüb. Bakıdan Astaraya sərnişin aparan avtobusun təkəri partladığından kənar dairəvi yolda aşıb. Avtobusdakı sərnişinlər ətrafdakı insanların köməyi ilə çıxarılıb. Qəza zamanı bir neçə sərnişin xəsarət alıb.

Aşan avtobusun ön şüşəsini qıraraq sərnişinləri çıxarırlar. Görüntülər günorta saatlarında paytaxtın Qaradağ rayonu Bakı Dairəv Yolunda hadisə şahidi tərəfindən çəkilib.

Məlumata görə, Bakı Beynəlxalq Avtovağzaldan Astaraya sərnişin aparan avtobusunun hərəkət vaxtı qəfildən təkəri partlayıb. Sürücüsü idaretməni itirərək avtobusu əvvəlcə əyrixətli tirlərə çırpıb, daha sonra isə nəqliyyat vasitəsi aşıb. Dərhal ərazidən keçən digər sürücülər olara kömək etməyə başlayıblar.

Ətrafdakı insanlar da köməyə gəlib və aşan avtobusun ön və kənar şüşələrini qıraraq uşaq və qadınları çıxarıblar. Daha sonra kişi sərnişinlər də çıxarılıb. Məlumata görə, qəza zamanı bir neçə sərnişin xəsarət alıb. Hadisə yerinə xüsusi riskli xilasetmə xidmətinin, yanğından mühafizə bölməsinin və dövlət yol polis şöbəsinin əməkdaşlaı da gəlib. Aşan avtobus kran vasitəsi ilə qaldırılıb. 3 saata yaxın bağlı qalan yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Xəzər Xəbərə təsdiqləyiblər ki, Bakıdan Astaraya qeyri-müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun təkərində baş verən nasazlığa görə qəza baş verib. Məlumat daxil olan kimi dərhal əraziyə digər ehtiyat avtobus göndərilib və sərnişinlər yola salınıb.

BAKU.WS