Bakıda avtobus divara çırpıldı: yaralılar var

Bakıda avtobus divara çırpıldı: yaralılar var
Hadisə 2096

Bu gün səhər saatlarında Maştağa - Koroğlu xətti ilə hərəkət edən "166" nömrəli sərnişin avtobusu Sabunçu dairəsi yaxınlığında qəza törədib.

Milli.az-ın əldə etdiyi məlumata görə, üzü "Koroğlu" istiqamətində hərəkən edən marşrut öncə yol kənarındakı ağaca, daha sonra isə divara çırpılıb.

Şahidlərin Milli.Az-a verdiyi məlumata görə, qəzaya avtobusun əyləc sistemində yaranan problem səbəb olub. Belə ki, avtobusu dayanacaqda saxlamaq istəyən sürücü əyləcin tutmadığını hiss edib, qarşıdakı avtomobilləri əzməmək və yolu keçən piyadaları vurmamaq məqsədi ilə sərnişin dolu avtobusu divara çırparaq saxlamaq qərarına gəlib.

Sərnişinlər yüngül xəsarətlərlə qəzadan yaxa qurtara biliblər.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda sərnişin avtobusu qəzaya düşüb

Bakıda sərnişin avtobusu qəzaya düşüb

Paytaxtın Nizami rayonu ərazisində yol qəzası baş verib. Hadisə metronun "Neftçilər" stansiyasının qarşısında qeydə alınıb. Belə ki, Qara Qarayev prospekti il...

1583 Hadisə 09:17 23 iyul 2016

Son xəbərlər