Bakıda avtobusu daşa basdılar: sərnişinin gözü çıxdı

Bakıda avtobusu daşa basdılar: sərnişinin gözü çıxdı
Hadisə 2552
Bakının Sabunçu rayonunda sərnişin avtobusunun daşa basılması nəticəsində bir sərnişin ağır xəsarət alıb.BAKU.WS-in "Report"un xəbərinə görə, Zabrat qəsəbəsi istiqamətində hərəkət edən 198 saylı sərnişin avtobusuna naməlum şəxs və ya şəxslər tərəfindən bir neçə daş atılıb.Sonuncu atılan daş avtobusun şüşəsini qıraraq nəqliyyat vasitəsinin sağ tərəfində əyləşən 52 yaşlı Bayramov Şakir Ağaqulu oğlunun baş və göz nahiyələrinə dəyib. Nəticədə sərnişin ağır xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Orada başı müayinə edilən kişinin göz nahiyəsi tamamilə sıradan çıxdığından o, Z.Əliyeva adına Göz Klinikasına göndərilib.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölən var

Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölən var

Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.BAKU.WS lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu ərazisində - Şəhər şosesində, "Koroğlu"...

2951 Hadisə 12:18 28 yanvar 2018

Son xəbərlər