13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə müşavirəyə gedib.
 
 
BAKU.WS-in məlumatına görə, müşavirədən qayıdan hakimlər vəsatətlərdən birincisini rədd edib. İkinci vəsatər isə baxılmamış saxlayıb.
 
Məhkəməyə baxış yanvarın 12-nə təxirə salınıb.
 
***16:12*** 
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
 
BAKU.WS-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı cinayət işinin ibtidai istintaqa qaytarılmasını tələb edib. Vəkil həmin vəsatətin təmin olunmayacağı təqdirdə Rasim Əliyevi müalicə edən həkimlərin, həmçinin hadisə şahidlərinin prosesə çağırılıb dindirilməsi barədə vəsatətlər verib. F.Namazlının digər vəsatəti isə futbolçu Cavid Hüseynov barədə açılmış cinayət işinin bu işdən ayrılaraq, ayrıca icraata götürülməsi ilə bağlı olub. Bundan sonra məhkəmə müşavirəyə gedib.
  
Xatırladaq ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
 
Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
 
Ayşən Ayxan
BAKU.WS