Gecə saatlarında Abşeron rayonunda yanğın hadisəsi baş verib. 

FHN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Abşeron rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 8-ci mərtəsinə kimi şaxtadan keçən elektik kabelləri 24 p.m yanıb.  

Yanğın zamanı binanın 15 nəfər sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Binanın digər kommunukasiya xətləri və mənzillər yanğından mühafizə olunub.  

Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

BAKU.WS